...

Bakıda keçirilən turnirlər mənim ən sevdiyim yarışlardandır - italyan gimnast

Cəmiyyət Materials 23 Aprel 2022 21:49 (UTC +04:00)
Bakıda keçirilən turnirlər mənim ən sevdiyim yarışlardandır - italyan gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən turnirlər mənim ən sevdiyim yarışlardandır.

Bunu Trend-ə Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunda fərdi çoxnövçülükdə bürünc medal qazanan italiyalı gimnast Milena Baldassarri deyib.

"Azərbaycana yaxşı əhval-ruhiyyə ilə gəlmişəm. Yanvar ayından proqram üzərində işləyirəm, nəticəni yaxşılaşdırıram. Bakıda özümü yaxşı hiss edirəm, emosiyalarım, əhvalım ən yüksək səviyyədədir. Artıq dəfələrlə Bakıda keçirilən yarışlarda iştirak etmişəm və deyə bilərəm ki, buradakı turnirlər mənim ən sevdiyim yarışlardandır", - İtaliyalı gimnast bildirib.

Onun sözlərinə görə, iki yarış günü ərzində çıxışlarından razı qalıb.

"Əlbəttə ki, hər zaman daha yüksək zirvələrə can atmalısan. Amma əvvəlki Kubokla müqayisə etsək də, Bakıdakı çıxışdan razıyam. Bu dəfə iş nəzərə çarpır, çıxışlarım isə daha yaxşı alınır. İndi yeni qaydalar qüvvəyə minib, burada srtistizmə böyük diqqət yetirilir. Siz emosiyaları göstərməlisiniz və mən bunu bəyənirəm. Düşünürəm ki, bu yenilik müsabiqəni baxımlı edir", - idmançı əlavə edib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti