...

Havada toz dumanının qısa müddət davam edəcəyi gözlənilir - Umayra Tağıyeva

Cəmiyyət Materials 25 Aprel 2022 18:07 (UTC +04:00)
Havada toz dumanının qısa müddət davam edəcəyi gözlənilir - Umayra Tağıyeva
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan toz kütlələri daxil olub.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, hazırda havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və Səbail rayonlarında normadan 2 dəfəyədək yüksəkdir”, - o bildirib.

Xidmət rəisinin sözlərinə görə, meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti