...

Muxtar Babayev Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun nümayəndəsi ilə görüşüb

Cəmiyyət Materials 7 May 2022 08:33 (UTC +04:00)
Muxtar Babayev Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun nümayəndəsi ilə görüşüb

Bakı. Trend:

Azərbaycanda işgüzar səfərdə olan Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Çoxtərəfli əməkdaşlıq Ofisinin direktoru Bernard Hien ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Naizrliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə “Yaşıl Kənd Təsərrüfatı”nın ölkədə tətbiqi, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri, bu sahədə görülmüş işlər müzakirə olunub, həmçinin aqrar sektorda su itkisinin qarşısının alınması və gələcəkdə suya tələbatın ödənilməsində rəqəmsal kənd təsərrüfatına keçidin mühüm rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti