...

Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb (FOTO)

Cəmiyyət Materials 9 May 2022 10:53 (UTC +04:00)
Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Alban-Udi və digər xristian icmalarının Kəlbəcərə səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bu gün Pasxa bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə Kəlbəcərdə Xudavəng məbədinə Alban-Udi dini icmasının və digər xristian icmalarının səfəri təşkil edilib.

Səfər çərçivəsində komitənin, Alban-Udi xristian dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə birgə, jurnalistlər də işğaldan azad olunan Kəlbəcərə yola düşüblər.

Qeyd edək ki, onlar məbəddə dini ayin icra edəcəklər, dualar oxuyacaqlar və şamlar yandıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti