...

Nazir Rəşad Nəbiyev Göyçayın GPON texnologiyası ilə təmin olunan kəndlərində olub

Cəmiyyət Materials 20 May 2022 23:20 (UTC +04:00)
Nazir Rəşad Nəbiyev Göyçayın GPON texnologiyası ilə təmin olunan kəndlərində olub

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev növbəti vətəndaş qəbulu çərçivəsində Göyçay rayonunda 3 min nəfər əhalinin yaşadığı Xəlitli, Yeniarx və Hacıağalıbəyli kəndlərində olub.

Nazir adı çəkilən kəndlərdə 910 ailə təsərrüfatının GPON texnologiyası ilə internetlə təmin olunması ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib.

Həmçinin Xəlitli kəndində Xəlitli, Yeniarx və Hacıağalıbəyli kəndləri üçün tikilən mərkəzi Optik Paylayıcı otağın nazir Rəşad Nəbiyevin və 3 kəndin ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılışı keçirilib.

Qeyd edək ki, otağın yeri seçilərkən gələcəkdə ətrafda yerləşən Çərəkə, Çərəcə, Mallı-şıxlı, Müskürlü kimi kəndlərin də eyni avadanlıqdan qidalanması nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti