...

Şamaxı-Bakı yolunda qəzada xəsarət alan məktəblilər tibb müəssisələrinə yerləşdirilib - BŞTİ

Cəmiyyət Materials 13 İyun 2022 01:32 (UTC +04:00)
Şamaxı-Bakı yolunda qəzada xəsarət alan məktəblilər tibb müəssisələrinə yerləşdirilib - BŞTİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib.

Trend-ə bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İlkin məlumata görə ağır xəsarət alanların olmadığı bildirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, müəllim və bir qrup valideyndən ibarət olduğu bildirilir.

Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti