...

94 nəfərin təhsil haqqını "YAŞAT" Fondu ödəyib - Elvin Hüseynov (FOTO)

Cəmiyyət Materials 24 İyun 2022 11:59 (UTC +04:00)
94 nəfərin təhsil haqqını "YAŞAT" Fondu ödəyib - Elvin Hüseynov (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciət təmin edilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

O bildirib ki, Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 254 min 637 manat 99 qəpik vəsait qarşılanıb.

"94 şəxsin təhsil haqqı Fond tərəfindən, 72 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.

23 iyun 2022-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Bununla yanaşı “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group”, “Data Science Academy” və “Mars Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub.

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb",-E. Hüseynov deyib. .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti