Bakı. Trend:
23 iyun tarixində Atelier 61 restoranının terrasında bloqqer və jurnalistlər üçün Danimarkanın SOMERSBY brendinin təqdimatı keçirilib. Təqdimat SOMERSBY əsasında hazırlanmış müəllif kokteyllərinin dequstasiyası, populyar DJ ifasında yay “svinq seti” və brend atmosferini yaratmaq üçün qurulmuş misilsiz dekorasiyalarla müşayiət olunub.
SOMERSBY – təbii inqrediyentlərin istifadəsi sayəsində təravətləndirici meyvəli dada malik olan qazlı spirtli içkidir. Bu yay Bakı sakinləri içkinin iki ən populyar növü – alma və böyürtkənin dadına baxa biləcəklər. İstifadənin ən ləzzətli üsulu isə onu buzla içməkdir!
“SOMERSBY - “Carlsberg Group”-un lider beynəlxalq brendlərindən biridir. Bu içki dünyanın 70 ölkəsində təklif olunur. Ləzzətli almalı SOMERSBY ilk dəfə 2008-ci ilin yayında Danimarkada böyük alma yığımı zamanı hazırlanıb və o vaxtdan bəri meyvə dadlarının parlaq çeşidinə çevrilib”, - deyə Carlsberg Azerbaijan şirkətinin marketinq direktoru Yana Slivka bildirib.
Yüngül və ətirli SOMERSBY dostlarla xoş anları, rahatlıq və nikbinliyi bölüşmək üçün hazırlanıb. SOMERSBY yay ziyafəti üçün əla seçimdir.