Bakı. Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti dəfə iki erkən nikahın qarşısı alıb.
Bu barədə Trend-ə Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, Goranboy rayonunda 15 və 16 yaşlı yeniyetmə qızların ailəsi tərəfindən ərə verilməsi faktı aşkarlanıb.
Faktla bağlı Goranboy rayon İcra Hakimiyyətinə və rayon polis şöbəsinə məlumat verilib.
Komitə əməkdaşları aidiyyəti qurumlarla birlikdə ailələrə səfər edib.
Məlum olub ki, hələ toyun nə olduğunu tam dərk etməyən 15 yaşlı uşağı,ailəsi evləndirməyə hazırlaşırmış.
"Qeyd edək ki, bu gün xına mərasiminə hazırlaşan ailə ,27 iyulda da, toy edəcəkmiş. İkincik erkən nikah da elə, həmin rayonun digər bir kəndində baş tutacaqmış. Dövlət Komitəsinə daxil olan zəng əsasında, rayon icra hakimiyyəti əməkdaşları ilə birlikdə ailəyə səfər edən qrum rəsmləri, toya hazırlıq işlərinin aparıldığının şahidi olublar. Dərhal azyaşlının özü və ailəsi ilə fərdi söhbət aparılıb,və toyun qarşı alınıb. Ailələr diqqətdə saxlanılır",- T. Mərdanoğlu qeyd edib.