Bakı. Trend:
İyunun 1-dən Batumi-Bakı marşrutu ilə aviareyslərinin sayının artırılması gözlənilir.
Trend-in məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Patradze Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.
Onun sözlərinə görə, aviareyslərin həftədə üç dəfə yerinə yetirilməsi planlaşdırılır.
Səfir əlavə edib ki, bundan başqa, Gürcüstandan Azərbaycana dəmiryol nəqliyyatı ilə sərnişin daşımalarını bərpa etmək nəzərdə tutulur.
(Tərcümə: Orxan Nəbiyev)