...

Bakıda Beynəlxalq ingilis dili təlimi konfransı başa çatıb (FOTO)

Cəmiyyət Materials 30 İyun 2022 13:00 (UTC +04:00)
Bakıda Beynəlxalq ingilis dili təlimi konfransı başa çatıb (FOTO)

Bakı. Trend:

30 iyun 2022-ci ildə Şimali Karolina Dövlət Universiteti Azərbaycanlı orta məktəb ingilis dili müəllimləri üçün nəzərdə tutulmuş 3 günlük “İngilis dilinin tədrisində mükəmməllik” təlimini yekunlaşdırmışdır. Şimali Karolina Dövlət Universitetinin və onun yerli tərəfdaşı olan ADA Universitetinin birgə təşkil etdiyi konfransın məqsədi tələbələrinin yüksək nəticələr əldə etməsinə yardımçı olmaq üçün Azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət-əsaslı metodlarından istifadələrini təmin etməkdir.

ABŞ Səfirliyindən Trend-ə bildirilib ki, bu konfrans Şimali Karolina ştatının 14 həftəlik magistr səviyyəsindəki Müasir İngilis dili Təlimatının kulminasiya nöqtəsini ehtiva edir. ABŞ Səfirliyi tərəfindən maliyyələşdirilən bu virtual kursu təqribən 100 Azərbaycanlı ingilis dili müəllimi tamamlamışdır. Yekun konfransa Fulbrayt və ingilis dili mütəxəssislərinin 2 günlük seminarları və ADA Universitetinin professor-müəllim heyəti və tədqiqatçılarının təqdimatları daxil idi. Tədbirdə 30 regional şəhər və qəsəbədən 350-dən çox orta məktəb müəllimi iştirak etmiş və ölkənin pedaqoji heyəti arasında peşəkar inkişaf imkanları üçün motivasiya nümayiş etdirmişdirlər.

Konfrans ADA Universitetinin Prorektoru, Doktor Fariz İsmayılzadə, ABŞ-nin Azərbaycandakı Səfiri Li Litzenberqerin və Təhsil Nazirliyi tabeliyindəki Təhsil İnstitutunun Direktoru Rüfət Əzizovun giriş sözləri ilə yadda qalıb.

Konfransı giriş sözü ilə açan ADA Universitetinin Prorektoru, Doktor Fariz İsmayılzadə qeyd etdi: “İngilis dili bizim təhsil işçilərinə gələcək nəsillər yetişdirmək imkanı verir. Bu proqram onları ingilis dili bacarıqları ilə təmin edir. Təhsil işçilərinin inkişafı ADA Universitetinin diqqət mərkəzində olan məsələlərdən biridir”.

Səfir Litzenberqer salamlama nitqində Azərbaycanın ölkə məktəblərində tədris olunan ingilis dili dərslərinin keyfiyyətini artırmaq səylərinə dəstək verən səfirliyin proqramı haqqında məlumat verdi. Bundan sonra o, iştirakçıları salamlayaraq qeyd etdi ki: “Azərbaycanda ingilis dili bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetdir və bu, səfiriliyimizin burada nail olmağa ümid etdiyi bir çox işlərin əsasını təşkil edir. Bu daha çox azərbaycanlıya öz ölkəsinin iqtisadiyyatının şaxələndirilməsində iştirak etməyə, dünyada ingilis dilində danışan 1,4 milyard insanla ünsiyyət qurmağa, Hollivud filmlərindən həzz almağa, planetimizin ən çox istifadə olunan dilində kitab və qəzet oxumağa kömək edəcəkdir”.

Təhsil İnstitutunun Direktoru Rüfət Əzizov əlavə edib: “Ümumi təhsil məktəblərində ingilis dilinin tədrisi kurikulumları yenilənməkdədir. Proqramların və dərsliklərin yenilənməsi üçün ARTİ tərəfindən müxtəlif ölkələrin təcrübələri tədqiq olunmuşdur. İngilis dili tədrisinə yeni yanaşmalar müəllimlərin peşəkar inkişafı ilə bağlı uzun müddətli ehtiyacların müəyyən olunmasını da əhatə edəcəkdir.

İngilis dili təlimi konfransının məqsədi Bakı və Azərbaycanın regionlarından olan müəllimlər, peşəkarlar və ekspertlər üçün peşəkar inkişaf konfransında iştirak etmək və ingilis dilinin tədrisində ən son yenilikləri müzakirə etmək imkanını yaratmaq idi. Konfransda müəllim-təqdimatçılar əksərən ünsiyyət-əsaslı tədris metodlarının istifadəsinə dayanan pedaqoji startegiyalar haqqında seminarlar təşkil etmişdirlər.

Şimali Karolina Dövlət Universiteti tarixində tələbələr, eləcə də bu sahədə işləyən müəllimlər üçün faydalı olan, bir sıra mükafatlara layiq görülmüş ESL/EFL (ingilis dilinin xarici dil kimi tədrisi) proqramları xüsusi yer tutur. Ötən Noyabr ayında Şimali Karolina ştatı səfirliyin dəstəyi ilə 700 Azərbaycanlı müəllimin virtual ELT (ingilis dili təlimi) konfransında iştirakına ev sahibliyi etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti