Bakı. Trend:
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamla Daxili İşlər Nazirliyinin (DİN) aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
General-mayor rütbəsi verilən polis polkovniki Canpolad Alı oğlu Daanov. Hazırda DİN Polis Akademiyası rəisi vəzifəsində çalışır.
General-mayor rütbəsi verilən digər şəxs polis polkovniki Namiq Zirəddin oğlu Həsənov. DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi vəzifəsində çalışır.
General-mayor rütbəsi verilən polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.
General-mayor rütbəsi verilən polis polkovniki Sərdar Süleyman oğlu Səfərov. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.