...

Bir il ərzində Kür çayında suyun səviyyəsi 45 faiz azalıb - Umayra Tağıyeva

Cəmiyyət Materials 5 İyul 2022 12:16 (UTC +04:00)
Bir il ərzində Kür çayında suyun səviyyəsi 45 faiz azalıb - Umayra Tağıyeva
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Kür çayında suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azalıb.

Trend-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, son 10 il ərzində Kürdə suyun səviyyəsi 27 faiz azalıb.

"2040-cı ilədək havanın orta temperaturunun 0,5-1,5 dərəcə artacağı gözlənilir. Bu isə orta aylıq yağıntı səviyyəsinin azalmasına yol açacaq. Qış aylarında dağlıq bölgələrdə yağıntıların həcmi 8-9 faiz azalıb. Həmçinin, son illərdə az qar yağıb ki, bu da çayların səviyyəsinin azalmasına səbəb olub. Azərbaycanda küləkli günlərin sayı artıb ki, bu da Xəzərdə suyun səviyyəsinin azalmasına əlavə risklər yaradır", - deyə o bildirib.

U.Tağıyeva qeyd edib ki, yeni yanaşmalar tətbiq etmək və cari iqlim dəyişikliklərinə uyğunlaşmaq lazımdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti