...

“Norm” ASC ilə AZMİU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb (FOTO)

Cəmiyyət Materials 6 İyul 2022 15:00 (UTC +04:00)
“Norm” ASC ilə AZMİU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

“Norm” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və “Norm” ASC-nin Baş icraçı direktoru Henninq Sassenin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

AZMİU-nun rektoru rəhbərlik etdiyi təhsil müəssisəsi, fakültə və ixtisaslar, beynəlxalq əlaqələr, ölkə daxilində əməkdaşlıq etdikləri partnyor şirkətlər barədə qonaqlara məlumat verib. Həmçinin Universitetlə şirkət arasında əlaqələri daha da inkişaf etdirmək üçün bu görüşün əhəmiyyətini xüsusi vurğulayan rektor əməkdaşlığın başqa istiqamətlərdə də irəliləməsi üçün təkliflər səsləndirib.

Şirkətin Baş icraçı direktoru isə öz çıxışında ikitərəfli əlaqələrin möhkəmlənməsi və yeni mərhələyə daxil olması üçün Universitetlə şirkət arasında əməkdaşlıq memorandumunun imzalanmasını ilkin addım kimi yüksək dəyərləndirib. H. Sasse qeyd edib ki, əməkdaşlığın məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək, kadr hazırlığı prosesinə yardımçı olmaq, o cümlədən, şirkətin peşəkar mütəxəssislərə olan ehtiyacını ödəmək, bu sahədə ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verməkdir.

Daha sonra şirkətin İnsan Resursları və Administrativ İşlər üzrə müdiri Arzu Abdullayeva “Norm” şirkətinin gənclərin təhsilində, peşə hazırlıqlarının tamamlanmasında və rəqabət qabiliyyətli kadr kimi yetişmələrində hər zaman dəstəyə hazır olduğunu vurğulayıb. A. Abdullayeva onu da qeyd edib ki, şirkət bu

əməkdaşlıq müqavilələrini qeyd olunan istiqamətlər üzrə və tam şəkildə həyata keçirməyi planlaşdırır.

“Norm” ASC-nin İnsan Resursları və Administrativ işlər üzrə Baş mütəxəssisi Tamerlan Ələkbərli tərəfindən iştirakçılara zavodun fəaliyyəti barədə təqdimat nümayiş olunub, şirkətin nümayəndəsi təmsil etdiyi qurumun fəaliyyətindən və ikitərəfli razılaşmanın əhatə etdiyi sahələrdən danışıb.

Ümumi müzakirələrdən sonra AZMİU və “Norm” ASC arasında əməkdaşlıq müqaviləsi bağlanıb. İşgüzar şəraitdə keçən görüşdən sonra qonaqlar Universitetin laboratoriya və mərkəzləri ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti