...

Əhalinin sağlam qidalanması ilə bağlı dövlət proqramında tədbirlər nəzərdə tutulur - AQTA-nın Aparat rəhbəri

Cəmiyyət Materials 7 İyul 2022 10:43 (UTC +04:00)
Əhalinin sağlam qidalanması ilə bağlı dövlət proqramında tədbirlər nəzərdə tutulur - AQTA-nın Aparat rəhbəri
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə rəhbərliyi Qida Təhlükəsizliyi Agentliyinin qarşısında əhalinin sağlam qidalanması tapşırığı qoyub. Bununla bağlı dövlət proqramında tədbirlər nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, sağlam qidalanma vərdişlərinin inkişaf etdirilməsi ölkə qarşısında duran vacib məsələlərdən biridir.

“Qeyri-sağlam qidalanma nəticəsində kökəlmə, boy inkişafından geridə qalma problemləri yaradıb. Qida Təhlükəsizliyi Agentliyi Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Sağlam qidalanma tədbirləri ilə bağlı AQTA tərəfindən 20 minə yaxın şagird arasında geniş marifləndirmə işləri həyata keçirilib”,-E Mikayılov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti