...

Son bir həftədə daha 170 şəhid ailəsi və qazi aktivlərlə təmin edilib (FOTO)

Cəmiyyət Materials 15 İyul 2022 12:56 (UTC +04:00)
Son bir həftədə daha 170 şəhid ailəsi və qazi aktivlərlə təmin edilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu gün də bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətlər üzrə mal və materiallarla təmin olunublar. Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Son 1 həftə ərzində isə Agentlik tərəfindən bu kateqoriyadan olan 170 şəxsə aktivlər təqdim edilib.

Ümumilikdə Agentlik tərəfindən cari ilin ötən dövrü ərzində 915 şəhid ailəsi, qazi və onun ailə üzvünün özünüməşğulluq proqramına cəlb olunması və onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib.

Qeyd edək ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti