Bakı. Trend:
Azərbaycanda ömür uzunluğu artacaq.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Qeyd edilib ki, yaşından, sosial statusundan, yaşayış yerindən asılı olmayaraq hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sistemi yaradılacaqdır. Region və şəhərlərdə müasir tibb xidmətləri inkişaf etdiriləcəkdir.
Əhalinin idmanla məşğul olması təşviq olunacaqdır. İstirahət və idman məqsədləri üçün yeni park və qoruqlar salınacaqdır. Beləliklə, doğulanda gözlənilən ömür uzunluğu 73,2 ildən 75,2 ilə çatacaq.
ÜDM-də səhiyyə xidmətlərinin payı 2%-dən artaraq 4,3% təşkil edəcəkdir.