...

“Buta Airways”in təyyarəsi Həştərxanda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Bakıya qayıdıb

Cəmiyyət Materials 24 İyul 2022 17:48 (UTC +04:00)

Bakı. Trend:

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Trend xəbər verir ki, təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti