...

9 restoran və şadlıq sarayı cərimələndi

Cəmiyyət Materials 26 İyul 2022 14:42 (UTC +04:00)
9 restoran və şadlıq sarayı cərimələndi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov rayonları ərazisində fəaliyyət göstərən “Gülüstan”, “Sofiya”, “Şəki”, Sumqayıt şəhərində “SV Beach”, “Sevgilim”, “Sultan”, Gəncə şəhərində isə “İdeal”, “Şəms”, “Şahzadə” ictimai-iaşə obyektlərindən havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.

Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən obyekt sahibləri cərimə edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti restoran və şadlıq saraylarının sahiblərini havanı çirkləndirməməyə, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə çağırıb.

Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti