Bakı. Trend:
AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında əsasən idarəetmənin yenidən qurulması, təkmilləşdirilməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası ilə bağlı müzakirə aparılıb.
Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O qeyd edib ki, bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib.
İ.Həbibbəyli vurğulayıb ki, AMEA insitutlarının böyük qismi Elm və Təhsil Nazirliyinin tərkibinə verildiyi üçün onların Rəyasət Heyətinin tərkibində fəaliyyət göstərməsinə ehtiyac qalmayıb.