...

AMEA-nın tərkibindən çıxarılan institutların necə idarə olunacağı məlum olub

Cəmiyyət Materials 29 İyul 2022 12:52 (UTC +04:00)
AMEA-nın tərkibindən çıxarılan institutların necə idarə olunacağı məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibindən çıxarılan institutlar Elm və Təhsil Nazirliyinə verildiyinə görə onların idarə olunmasında cavabdehlik daha çox nazirliyin üzərinə düşür. Onlara elmi-metodiki kömək göstərmək isə Akademiyanın fəaliyyət istiqamətləri sırasındadır.

Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli qeyd edib ki, xüsusən elmi istiqamətlərin, prioritetlərin müəyyən olunması, istiqamətləndirilməsi AMEA tərəfindən yerinə yetiriləcək: “AMEA bundan sonrakı fəaliyyətində ölkə üzrə elmi ekspertiza məsələlərini yerinə yetirmək səlahiyyətlərini özündə saxlayır”.

O əlavə edib ki, yeni format yeni liderlər yetişdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti