...

AMEA-nın əsas binasının Elm və Təhsil Nazirliyinə verilməsi nəzərdə tutulmur

Cəmiyyət Materials 29 İyul 2022 13:02 (UTC +04:00)
AMEA-nın əsas binasının Elm və Təhsil Nazirliyinə verilməsi nəzərdə tutulmur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının Elm və Təhsil Nazirliyinə verilməsi nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli qeyd edib ki, əsas binanın hansısa quruma verilməsi Prezident İlham Əliyevin fərmanında yer almayıb. “Hansı institutlar əmlakı ilə bir yerdə yeni Elm və Təhsil Nazirliyinə veriləcəksə, ayrı-ayrı qeyd olunub. AMEA-nın əmlakı ilə bir yerdə yeni nazirliyə veriləcək struktur bölmələrindən heç biri AMEA-nın əsas binasında yerləşmir”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti