Bakı. Trend:
Avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37°
isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Xidmətindən Trend-ə verilən
məlumata görə, Azərbaycanın rayonlarında avqustun 11-dən 18-dək
bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi
yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi
gözlənilir.