Bakı. Trend:
"TikTok"da atılan jetonlardan tutulan komissiya 50%-dir. Yəni
siz bir müğənni, bloger, yaxud rəqəmsal pul yığımına 20 dollar
göndərirsinizsə, 10 dolları Çin büdcəsinə gedir.
Bu sözləri Trend-ə texnobloger Fərid Pərdəşünas deyib.
Onun sözlərinə görə, "TikTok" Azərbaycan dövlətinə vergi vermir,
bunu da vətəndaş edir:
"Hər axşam Azərbaycanda minlərlə dollar "TikTok" ödənişləri olur.
Təəssüf ki, "TikTok" Azərbaycan üçün nə qədər qazandığını
açıqlamır. İşin maraqlı tərəfi odur ki, "TikTok" Azərbaycan
dövlətinə vergi də ödəmir. Vergini öz vətəndaşlarımız 18% ƏDV
olmaqla ödəyir. Yəni "TikTok"da bir adama jeton göndərən istifadəçi
həm 50% "TikTok"a komissiya, həm də 18% Azərbaycan dövlətinə vergi
ödəyir. Bizdən fərqli olaraq, Türkiyə "TikTok"u vergiləndirməyə
məcbur edib. "TikTok"un Türkiyə ofisi Türkiyə hökumətinə 2021-ci
ildə qazandığı 1.2 milyard lirəyə görə 92.9 milyon lirə rəqəmsal
xidmət vergisi verib",- deyə Fərid Pərdəşünas qeyd edib.