...

Azərbaycanda son sutkada 110 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

Cəmiyyət Materials 15 Avqust 2022 23:16 (UTC +04:00)
Azərbaycanda son sutkada 110 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 805 213 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 230 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 206 nəfərdir.

Ölkədə son sutka ərzində 2 002 , hazırkı dövrədək isə 7 097 152 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti