...

Şəhid Abdulla Paşayevin ailəsi ziyarət edilib

Cəmiyyət Materials 19 Avqust 2022 19:43 (UTC +04:00)
Şəhid Abdulla Paşayevin ailəsi ziyarət edilib

Bakı. Trend:

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri Paşayev Abdulla Sultan oğlunun ailəsini ziyarət ediblər.

Ombudsmanın nümayəndələri təsisat tərəfindən şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və müharibə veteranlarının hüquqlarının müdafiəsinə xüsusi diqqətlə yanaşıldığını qeyd ediblər.

Görüş zamanı şəhid ailəsinin Ombudsmana ünvanlanmış müraciəti qəbul edilib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Abdulla Paşayev "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti