...

Azərbaycan hərbi və siyasi cəhətdən öz sözünü deməyə qadirdir - XTQ zabiti (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2022 11:44 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Müharibə bitsə də düşmənlə mübarizəmiz davam edir.

Bunu Trend-ə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) veteran zabiti, kapitan Polad Rzayev deyib.

"Tarix boyu şahidi olmuşuq ki, Ermənistan bizə qarşı məkrli siyasət aparır. İndi də sərhəddə zaman-zaman diversiya fəaliyyətləri ilə məşğul olurlar. Son hadisələr bunun əyani sübutudur. Azərbaycan Ordusu öz sərhədlərinin təhlükəsizliyini qorumaq üçün lokal əməliyyatlar aparmağa məcbur oldu və düşmənin başını əzdi. Azərbaycan dövləti bununla da bütün dünyaya bir daha göstərdi ki, hərbi və siyasi cəhətdən öz sözünü deməyə qadirdir. Bu bir daha onu sübut edir ki, dövlətimiz nə gecikir, nə tələsir. Əməliyyatlar nəticəsində şəhidlərimiz var. Amma şəhidlərimiz bu milləti və dövlətin başını bir daha uca etdi", - deyə qazi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti