...

"Buta Airways"in Bakı-Batumi təyyarəsi Tbilisiyə eniş edib

Cəmiyyət Materials 23 Sentyabr 2022 10:58 (UTC +04:00)
"Buta Airways"in Bakı-Batumi təyyarəsi Tbilisiyə eniş edib

Bakı. Trend:

"Buta Airways" aviaşirkətinin Bakı-Batumi J2-9227 reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

"Buta Airways" aviaşirkətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır.

"Embraer 190" təyyarəsi saat 09:40-da Tbilisi hava limanında eniş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti