...

Qəsəbədə güclü döyüşlər gedirdi, iki dəfə yaralansam da döyüşə qayıtdım - Pulemyotçu (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2022 10:51 (UTC +04:00)
Qəsəbədə güclü döyüşlər gedirdi, iki dəfə yaralansam da döyüşə qayıtdım  - Pulemyotçu (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən Müharibəsində qəhrəmancasına döyüşərək yaralanan qazilərdən biri də Anar Allahverdiyevdir. O, 1997-ci ildə İsmayıllı rayonunda anadan olub. 2020-ci ilin sentyabrın 27-də Vətən Müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb.

Qəhrəmanımız keçdiyi döyüş yolu haqqında təəssüratlarını Trend-ə danışıb.

"Sentyabrın 29-da Füzuli istiqamətində pulemyotçu olaraq döyüşlərə atıldım. Əsasən Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində döyüşmüşəm. Birinci dəfə oktyabrın səkkizində Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qolumdan yaralanmışam. Yaralanmağıma baxmayaraq, döyüşü davam etdirdim. Bir neçə saatdan sonra ikinci dəfə yenə yaralandım. Yaralandıqdan sonra Hadrutda bir evə yerləşib təxliyə olunacağımı gözlədim. Yanımda məndən başqa üç yoldaşım da var idi. Qəsəbədə güclü döyüşlər gedirdi. İki gün sonra təxliyə olundum və hospitala yerləşdirildim. Sonra öz razılığımla cəbhəyə qayıtdım. Çox sevinirdim ki, yenidən döyüş yoldaşlarımın yanındayam və düşmənə qarşı mübarizə aparacağam. Hər gün əməliyyat tapşırıqları alırdıq və uğurla da yerinə yetirirdik. Düşməni sıxışdırıb məhv edirdik. Biz hücuma keçəndə onlar dəhşətə gəlirdilər. Ermənilər qorxub qaçırdılar, bizdə isə hər şey əskinə idi".

Müalicə aldıqdan sonra Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etdim. Sığnax və Şuşakənd istiqamətində gedən döyüşlərə qatıldım:

"Şuşanın alındığı gün sevincimin həddi-hüdudu yox idi. Döyüş yoldaşlarım şəhid olsa da, bu, nə qədər acılı olsa da, həyatıma yazacağım ən xoş gündür. Fəxr edirəm ki, qələbədə mənim də payım var", - Vətən müharibəsi iştirakçısı deyib.

A.Allahverdiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü",“Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti