...

Oktyabr ayına keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir - Umayra Tağıyeva

Cəmiyyət Materials 30 Sentyabr 2022 20:57 (UTC +04:00)
Oktyabr ayına keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir - Umayra Tağıyeva
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabr ayına keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir, adətən tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, Bakıda havanın temperaturu orta hesabla gecələr 13-15 dərəcə, gündüzlər 19-21 dərəcə olub. Lakin son 22 ildə oktyabr ayında havanın ən yüksək maksimal temperaturu 2012-ci ildə Abşeron yarımadasında 35.1 dərəcə isti qeydə alınıb: "2001-ci il isə, əksinə havanın temperaturu ən aşağı göstəriciyədək enib və qış üçün səciyyəvi temperatur olan 3.4 dərəcə isti qeydə alınıb. Bu göstəricilər oktyabr ayında havanın çox dəyişkən olmağını göstərir".

Xidmət rəisi qeyd edib ki, bu il isə oktyabrın ilk günlərində hava şəraitinin mülayim keçməsi gözlənilir. Temperatur göstəriciləri əhali üçün komfort sayılan diapozonda, Bakıda 26-28, Aran bölgələrində isə 33 dərəcəyədək isti olacaq, mülayim şərq küləyi əsəcək, oktyabrın 3-də küləyin sürətinin gündüz arabir 15-17 m/s olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti