Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni strukturla işçilərin say həddi azaldılıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib. O bildirib ki, qurumun ümumi işçi sayı əvvəlki əməkdaş sayının üçdə biri qədərdir.
"Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir. AMEA Respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi- tədqiqat nəticələrini ümumiləşdirən və buna müvafiq qərarlar çıxaran orqandır",- İ.Həbibbəyli deyib.