...

Danimarka markası Carlsberg 175 illiyini qeyd edib (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2022 13:15 (UTC +04:00)

Bakı. Trend:

Pivə ... çoxdan bəşər sivilizasiyası tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Hələ eramızdan altı min il əvvəl (arxeoloqların sübutuna əsasən) köpüklü içkinin insanların susuzluğunu yatırdığını və onlara qüvvət verdiyini təsəvvür edəndə, ona hörmətlə yanaşmamaq mümkün deyil. Şübhəsiz, pivə istehsalını dünya mədəni irsinə daxil etmək olar. Çünki bu ayrıca bir sənətdir ki, burada inqrediyentlərin və fermentasiya vaxtının vəhdəti sənətkarın xüsusi sevgi və maraqla şah əsərinin yaradılışında riyazi dəqiqliklə hesablanmış ardıcıllığı təcəssüm edir.

Tarixçəsi Kopenhagen şəhərində pivəbişirənlərdən birinin oğlu Yakob Kristian Yakobsenin tanınmış Qabriel Sedlmayerdan peşə incəliyini öyrənmək üçün Münhen şəhərinə yollanmasından başlamışdır. Ailə rəvayətinə görə, geri qayıtdıqdan sonra ilk lageri Yakob öz anasının mis qabında hazırlamışdı. Bundan sonra isə yenidən Sedlmayerin yanına qayıdıb iki qab maya əldə edə bilmişdi.

Danimarka markasının rəsmi yaranış ili 1847-ci il oldu. Belə ki, həmin il pivə aşiqi Yakobsen dünyanın, çox güman ki, ən yaxşı Pilsneri üçün hazırda Frederiksberg Hill kimi tanınan təpənin suyunun yüksək keyfiyyətini seçərək şəxsi zavodunu təsis etdi. Yeni müəssisəyə Yakobsen beş yaşlı oğlu “Karl”-ın adı və “Bjerg” sözünün kombinasiyasını istifadə edərək “Carlsberg” (Danimarka dilində “Karlın dağı” deməkdir) adı verdi.

Carlsberg banisi Yakob Kristian Yakobsen öz salamlama nitqində bunlarla yanaşı Carlsberg markasının yaranışının tarixi mərhələlərindən, axtarışlardan və inkişafından bəhs etmişdir. Yakobsen obrazında Azərbaycanın tanınmış aktyoru Şahin Sərkərov çıxış etmişdir. Bu maraqlı hekayəni dinləyən qonaqlar sanki keçmişə səyahət etdilər və Carlsberg üçün ən dəyərli ümumdünya rəğbətinin rəmzi olan köpüklü tacı ilə Danimarka şah əsərinin doğum atmosferinə daldılar.

Ona layiq olmaq – elmi yanaşmaya əsaslanan Carlsberg ideologiyası və pivəbişirmədə yeni texnologiyalar ilə daim təsdiqlənən əsas postulatdır. Yakobsenin öz varislərinə etdiyi vəsiyyətindən bu sözlər Carlsberg şirkətinin baş ofisinin girişi üzərində həkk olunub:

“Anlıq bir səmərə əldə edilməməsinə baxmayaraq, pivə istehsalatı işində daimi məqsəd pivəbişirmə sənətini mümkün olan ən mükəmməl səviyyəyə çatdırmaq olmalıdır ki, bizim pivəbişirmə müəssisəsi və onun məhsulları başqaları üçün nümunə olsun və öz nümunəsi ilə ölkəmizdə pivəbişirmə sənətini şərəfli və yüksək səviyyədə saxlamağa kömək etsin”.

175 ildir ki, Carlsberg təkcə pivə istehsalında deyil, həm də elmi tədqiqatlarda yüksək standartlara cavab verərək “Qızıl standart”ın tələblərinə əməl edir. Əbəs yerə deyilmir ki, hər bir pivə növündə bir damla Carlsberg var, belə ki, Yakobsen tərəfindən pivə istehsalı üçün yararlı olan təmiz Maya növünün yetişdirilməsi və çoxaldılması prosesinin müfəssəl təsviri dərc edilmişdir və bu texnologiya hər kəs üçün əlçatan edilmişdir. “Saccharamyces Carlsbergensis” maya növünün nümunələri sorğu əsasında dünyanın bir çox pivə müəssisələrinə göndərilirdi, gənc pivəbişirənlər isə Carlsberg təcrübəsini öyrənmək üçün Kopenhagenə gəldilər. Onun laboratoriyası sayəsində, demək olar yüz ildir ki, bütün dünya pH-nin hidrogen göstəricisindən istifadə edir.

Carlsberg sahibkarlarının diqqəti təkcə elmi araşdırmalarda deyildi. Yenilikçi tədqiqatlar və kəşflər, sosial layihələr, istedadlı yazıçılar və rəssamlar üçün fərdi təqaüdlər – bütün bunlar 1876-cı ildən etibarən gələcəyə yatırım edən Carlsberg Fondunun diqqət mərkəzindədir.

Çünki uğurlu gələcəyin əsası məhz günümüzdə qoyulur. Carlsberg Azerbaijan-ın baş direktoru Alius Antulisin çıxışı buna həsr olunmuşdu. Cənab Antulis Carlsberg-in fəaliyyət göstərdiyi bazarlarda daima iqtisadiyyat və cəmiyyətin həyatına müsbət təsir göstərməyə çalışdığını vurğuladı.

Carlsberg Azerbaijan 2008-ci ildən etibarən Carlsberg Group-un tərkibinə daxildir. Azərbaycan bazarına daxil olan zaman zavodun inkişafına 20 milyon ABŞ dollarından çox sərmayə qoyulub ki, bu da onilliyin ən böyük investisiya layihələrindən biri olmuşdur.

Biz anlayırıq ki, bazarın lideri olaraq onun əsas aparıcı qüvvəsiyik və kateqoriyanın inkişafına görə məsuliyyət bizim çiyinlərimizə düşür. Məhz buna görədir ki, Carlsberg-in bazara daxil olandan bəri ümumi investisiya həcmi 160 milyon manatdan çox, illik vergi ödənişlərimiz isə təxminən 35 milyon manat təşkil edir. 2021-ci ildə İqtisadiyyat Nazirliyi ilə imzalanmış memorandum çərçivəsində biz 2025-ci ilədək pivəbişirmə müəssisəsinin, bazarın, ən əsası isə personalımızın inkişafına 25 milyon manatdan çox sərmayə qoymağı planlaşdırırıq – cənab Antulis qeyd etdi.

Belə bir qədim Danimarka tostu vardır: “Biz badələri dostlarımızın və tanıdığımız insanların şərəfinə qaldırırıq və tanımadığımız insanlarla birlikdə qaldırırıq”. Əminliklə demək olar ki, bu gecə həmin sözlərin dərinliyinin əyani sübutu oldu. Qonaqlar öz aralarında məmnuniyyətlə ünsiyyət qururdular, fikir mübadiləsi aparırdılar və bir çox “arpa-mayaotu çalarları” olan şəxsi “Carlsberg təcrübələri”ni bölüşdülər.

Məşhur yaşıl etiket dünyanın, çox güman ki, ən yaxşı pivəsi olaraq inamla addımlayır və 175 yaşına baxmayaraq, Carlsberg məhsulları dadının mükəmməl balansı, açıq və şəffaf rəngi, zərif acılığı və xoş çiçək ətri ilə hər zaman pivə istehsalı sənətində mükəmməllik zirvəsi olaraq qalır.

Şirkət haqqında

“Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun illik istehsal gücü 8 milyon dekalitrdir. Şirkətdə 260-dək işçi çalışır və əlaqədar sahələrdə (təchizat, pərakəndə satış) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin məhsul portfelinə “Xırdalan”, “Carlsberg”, “Baltika”, “Əfsanə”, “Kronenbourg Blanc 1664”, “Seth&Riley's Garage” kimi markalar daxildir.

“Carlsberg Group” 1847-ci ildə yaradılıb və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Dünyanın üç iri regionunun - Qərbi Avropa, Mərkəzi və Şərqi Avropa və Asiyanın onlarla ölkəsində “Carlsberg Group”un zavodları var və onun məhsulları 150 ölkədə təqdim edilir. Şirkətin portfelinə 140-dan çox pivə markası daxildir. “Carlsberg Group” əməkdaşlarının ümumi sayı 40 000-dən çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti