...

Mərkəzi Gömrük Hospitalının uzman uroloqları konqresdə iştirak ediblər

Cəmiyyət Materials 2 Noyabr 2022 16:12 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının uzman uroloqları konqresdə iştirak ediblər

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov və uzman uroloq Samir Ağalarov 27-30 oktyabr 2022-ci il tarixlərində Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasında keçirilən 31-ci Milli Urologiya konqresində iştirak ediblər.

Konqresdə müxtəlif uroloji xəstəliklərin konservativ və cərrahi müalicəsində ən son yeniliklərlə bağlı təqdimatlar edilib, uroloji xəstəliklər mövzusunda müzakirələr aparılıb.

Konqresdə Azərbaycan və Türkiyənin urologiya sahəsində çalışan mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın, İspaniya, Kanada, Qazaxıstan, Almaniya, Avstriya və digər ölkələrin nüfuzlu uroloqları təqdimatlarla qatılıblar. Konqresin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti