...

Tibb müəssisələrinin vergi mexanizminə yenidən baxılması təklif edilib

Cəmiyyət Materials 2 Dekabr 2022 13:24 (UTC +04:00)
Tibb müəssisələrinin vergi mexanizminə yenidən baxılması təklif edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə hazırda fəaliyyət göstərən tibb müəssisələri arasında bərabərlik təmin edilmir.

Trend-in məlumatına görə, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsinin müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, tibb müəssisələri ölkəmizdə hazırda bir neçə formada fəaliyyət göstərir.

“TƏBİB-in nəzdində olan xəstəxanalar və tibb müəssisələri, Səhiyyə Nazirliyinin tərkibində olan Tibb Universiteti də daxil olmaqla, institutlar, özəl xəstəxanalar, bununla yanaşı fərqli-fərqli nazirliklər nəzdində olan tibb müəssisələri var. Qanunvericilikdə olan dəyişikliklərə əsasən, ƏDV-lər arasında ciddi fərqlər var. Bir qurum ƏDV-ni 1 % həcmində ödəyir, bir qurum özəl təşkilat kimi mənfəət vergisindən azaddır. Arada 1 %-dən 38 %-ə qədər dəyişən ciddi fərqlər əmələ gəlir. Bu fərqlər ölkədə bu gün görülən işə ciddi maneələr yaradır. Bu, dövlət-özəl tərəfdaşlığına əngəldir. Ona görə mən çox xahiş edirəm ki, bu fərqləri aidiyyəti qurumlar aradan qaldırsın, bu məsələnin həll yolları tapılmalıdır. Ölkənin müvafiq orqanı tərəfindən səlahiyyət verilən bütün qurumlar eyni fəaliyyətlə məşğul olursa, onlara tibb müəssisəsi adı altında qiymət verilsin”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti