...

Sertifikasiyadan sonra təhsildə islahatlar keçiriləcək - Emin Əmrullayev

Cəmiyyət Materials 15 Dekabr 2022 13:30 (UTC +04:00)
Sertifikasiyadan sonra təhsildə islahatlar keçiriləcək - Emin Əmrullayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sertifikasiya yekunlaşandan sonra təhsil işçilərinin digər bacarıqlarının yoxlanılmasına fokuslanacağıq. Məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev suallara cavab verərkən deyib.

Nazir bildirib ki, sertifikasiya imtahanları nəticəsində bir sıra islahatlar həyata keçiriləcək. Misal olaraq bölgülər olacaq və ona uyğun da əməkhaqları artırıla bilər. “Yəni müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı ala biləcək”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti