Bakı. Trend:
17 dekabr 2022-ci il tarixində Qaradağ rayonunda ümumrayon iməciliyi keçirilib.
İməcilik zamanı rayonun bütün qəsəbələrində mövcud yaşıllıqlara
qulluq göstərilib, işıq
dirəkləri, ticarət obyektlərinin vitrinləri, şüşəli binaların
fasadları yuyulub, həmçinin küçə və
prospektlərdə ümumi təmizlik işləri aparılıb.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının
kollektivi, rayonda
fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri iştirak
ediblər. Rayonda son illər
ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların
nümayəndələri yüksək fəallıq
nümayiş etdirirlər.
Keçirilmiş iməcilikdə rayon sakinləri də fəal iştirak etmiş, öz
yaşadıqları məhəlləri
təmizləmiş və təşkil edilmiş iməcilikdə görülən işlərə görə
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını
bildiriblər.