...

“Azərpoçt” “Şuşa ili”nə həsr olunmuş marka kolleksiyasını dövriyyəyə buraxır (VİDEO)

Cəmiyyət Materials 19 Dekabr 2022 15:15 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli sərəncamına əsasən nəzərdə tutulan tədbirlərdən biri də “Şuşa 270 il” mövzusunda marka və zərflərin dövriyyəyə buraxılması idi. Tədbirlər planına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” “Şuşa 270 il” mövzusunda 21 (iyirmi bir) adda müxtəlif markalardan ibarət kolleksiyanı dövriyyəyə buraxacaq. “Şuşa 270 il” mövzulu markalar Şuşanı 5 fərqli aspektdən təsvir edir.

Markaların “söndürülməsi” “Azərpoçt” MMC-nin baş ofisində baş tutacaq.

Tədbirdə “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov, Azərbaycan Filatelistlər İttifaqının sədri Namiq Quliyev və digər qonaqlar iştirak və çıxış edəcək.

Bundan başqa, məşhur fotoqraf Rza Deqqatinin də iştirakı gözlənilir.

Xatırladaq ki, sözügedən marka kolleksiyasının buraxılması “Azərpoçt” tərəfindən cari il ərzində Şuşa şəhərinə həsr olunmuş artıq ikinci tədbirdir; belə ki, bundan əvvəl də qurum “Şuşa – şəhid övladlarının gözü ilə” mövzulu 9 markadan ibarət poçt blokunu dövriyyəyə buraxmışdı, hansı ki, bu markalarda 9 istedadlı şəhid övladının Şuşanı tərənnüm edən rəsm əsərləri öz əksini tapmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti