Bakı. Trend:
Dövlət Məşğulluq Agentliyinin məşğulluq xidmətlərinə cəlb edilə bilməyən şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçılarının sayı açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.
O bildirib ki, həmin kateqoriyadan olanların sayı 5431 nəfərdir: "Onlardan 3957-si bu və ya digər məşğulluq xidmətlərinə cəlb olunmaqdan imtina edib. 1393 nəfər isə işi və qazancı olduğu üçün xidmətlərə cəlb oluna bilməyib".