...

Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olunub (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2022 14:23 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olunub.

Trend-in məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, mərkəzin direktoru vəzifəsi tanınmış mama-ginekoloq Mehriban Adil qızı Abasquliyevaya həvalə olunub. Yeni direktor kollektivə təqdim olunub.

Təqdimat mərasimində Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Mehriban Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 1986-1987-ci illərdə ATU-da internatura təhsili alıb. 1988-1994-cü illərdə 1 saylı Qadın məsləhətxanasında həkim-mama-ginekoloq, 1994-1998-ci illər arasında isə baş həkim vəzifəsində çalışıb. 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib.

2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində çalışıb.

Türkiyə, Rusiya, Portuqaliya, Danimarka, Yunanıstan, Pakistan, İndoneziya kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib.

2007-2021-ci illər ərzində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri olub.

M.Abasquliyeva eyni zamanda tibb elmləri namizədidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti