Bakı. Trend:
“Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) - Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
"Buta Airways" aviaşirkətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.
Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı ilə saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.
Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə +994 70 4374086 "WhatsApp" nömrəsi və ya [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.