...

ƏƏSMN satışa çıxarılacaq mənzillərlə bağlı qaydaları açıqlayıb (VİDEO)

Cəmiyyət Materials 17 Yanvar 2023 12:25 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, satış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək və mənzillərin portal üzərindən satışı 01.07.2023-cü il tarixinədək davam edəcək.

Həmin mənzillərdən almaq istəyən şəxslər mənzillərlə necə tanış ola, seçə və ala bilər? Bu barədə hazırlanmış tanıtım-izahat məqsədli videoçarxı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti