...

AMEA-da sosiologiya ixtisası üzrə doktoranturaya qəbula yer ayrılıb

Cəmiyyət Materials 19 Yanvar 2023 16:00 (UTC +04:00)
AMEA-da sosiologiya ixtisası üzrə doktoranturaya qəbula yer ayrılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il AMEA-da sosiologiya ixtisası üzrə doktoranturaya qəbula yer ayrılıb. Bu sahədə yeni nəsil hazırlamaq istəyirik.

Trend-in məlumatına görə, bunu AMEA-nın prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli deyib.

O qeyd edib ki, AMEA-da geri qalmış sahələrdən biri də sosiologiyadır və heç vaxt diqqət mərkəzində olmayıb.

“Ölkədə sosiologiya indeksi üzrə alimlərin sayı çox azdır. Bu sahədə ən tanınmış alimimizin 85 yaşı var. Orta nəsil isə demək olar ki, barmaqla sayıla biləcək qədərdir. Bu problemin həlli ilə artıq ikinci-üçüncü ildir məşğuluq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti