...

Bakıda iki ünvanda piyadaların hərəkəti asanlaşdırılıb (VİDEO)

Cəmiyyət Materials 23 Yanvar 2023 10:02 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daha 2 ünvanda yol hərəkəti və piyadaların təhlükəsizliyinin səviyyəsi artırılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, BNA tərəfindən Uluqbəy küçəsinin Ağa Nemətulla və Faiq Yusifov küçələri ilə kəsişməsində təhlillər aparılıb, aşkar edilən problemlərin aradan qaldırılması məqsədilə təklif layihəsi hazırlanaraq icra edilib.

Layihədən əvvəl mövcud olan problemlər:

• Yol kəsişmələrində hərəkət növbəliliyinin təmin edilməməsi,
• Nişan və nişanlanma xətlərinin çatışmazlığı;
• “Mübahisəli nöqtələrin” aradan qaldırılmaması;
• Piyada infrastrukturunun qənaətbəxş olmaması;

Yol kəsişmələrində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlanaraq icra edilib. Layihənin icrasından sonra:
• Yol kəsişmələrində svetofor vasitəsilə hərəkət növbəliliyi təmin edilib
• Müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib
• Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün infrastruktur yaradılıb Nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar təşkil edilib.

Yolayrıclarında hərəkət növbəliliyinin təmin edilməsi nəticəsində nəqliyyat və piyadaların rahat, təhlükəsiz hərəkətinə şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti