Bakı. Trend:
Masallı rayon Musaküçə kənd tam orta məktəbinin direktoru İlqar Cahangirov həbs edilib.
Trend-in məlumatına görə, vətəndaşlardan işə götürmək adı ilə aldadaraq külli miqdarda pul almaqda günahlandırılan İ.Cahangirov barəsində Masallı rayon prokurorunun təqdimatı əsasında Masallı rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.