...

Azərbaycanda bu şəxslər üçün mükafat təsis edilib

Cəmiyyət Materials 2 Fevral 2023 15:40 (UTC +04:00)
Azərbaycanda bu şəxslər üçün mükafat təsis edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan gənc alimlər üçün Akademiya mükafatı təsis edilib.

Trend-in məlumatına görə, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər Gününə həsr olunmuş “Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən elmi konfransda deyib.

İ.Həbibbəyli hər il “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın veriləcəyini açıqlayıb. AMEA rəhbəri gənc tədqiqatçılara dəstək naminə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının bu ildən başlayaraq 4 nömrəyə çatdırılacağını, 1 nömrənin isə ingilis dilində çap ediləcəyini diqqətə çatdırıb.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycanda gənclər siyasəti uğurla inkişaf etdirilir və hər il müxtəlif sahələri təmsil edən gənclərin dövlət əhəmiyyətli vəzifələrə irəli çəkilməsi, onların mükafatlandırılması davamlı şəkil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti