...

Vətəndaşların Türkiyəyə dəstəyi durmadan artmaqdadır - "Qardaş Köməyi" platformasının rəhbəri

Cəmiyyət Materials 12 Fevral 2023 22:10 (UTC +04:00)
Vətəndaşların Türkiyəyə dəstəyi durmadan artmaqdadır - "Qardaş Köməyi" platformasının rəhbəri

Bakı. Trend:

Vətəndaşların Türkiyəyə dəstəyi durmadan artmaqdadır.

Bunu Trend-ə açıqlamsında "Qardaş Köməyi" platformasının rəhbəri Rəşad Cabirli deyib.

O qeyd edib ki, platformanın təsis edildiyi gündən etibarən Azərbaycanın bütün bölgələrindən və paytaxt Bakıdan ehtiyac siyahısına uyğun olaraq yardımlar daxil olmaqdadır.

"Türkiyəyə dəstək platformasına əhalimizin müxtəlif təbəqələri yardım etməkdədir. Təbii ki, ərzaq, geyim və digər əsyalarla yanaşı, vətəndaşlarımız Türkiyədəki qardaşlarımıza maddi dəstək də göstərməkdədirlər” - deyə, R.Cabirli bildirib.

R.Cabirlinin sözlərinə görə, hal-hazırda Azərbaycanın demək olar ki, bütün banklarından Türkiyədə zəlzələdən əziyyət çəkən qardaşlarımıza maddi yardım etmək mümükündür ki, bu da öz növbəsində daha effektiv vasitədir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Zəlzələ nəticəsində ölənlərin sayı sayı 29 605-ə çatıb, yaralı sayı isə 80 mini ötüb.

Qeyd edək ki, "Qardaş Köməyi" platforması bu il fevralın səkkizində təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti