Bakı. Trend:
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti sərnişinləri üçün
Türkiyənin məşhur şəhərləri - İstanbul, İzmir və Ankara reyslərində
yeni aksiyaya başlayıb.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki,
martın 27-dən aprelin 18-dək bu şəhərlərə gediş-gəliş biletləri
əldə edərkən hər bir sərnişinə çəkisi 23 kq-a qədər olan bir əlavə
ödənişsiz baqaj yeri təqdim olunur. Bundan əlavə, “AZAL Miles”
loyallıq proqramının iştirakçıları bu istiqamətlər üzrə hər uçuşa
görə ikiqat mil qazanacaqlar.
Aksiya üzrə aviabiletlərin rəsmiləşdirməsi üçün aprelin 18-dək
daxil olmaqla AZAL aviaşirkətinin bütün akkreditə olunmuş
agentliklərinə və ya [email protected] elektron poçtu
vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət edə
bilərsiniz.
* Tez-tez uçan sərnişinlər üçün “AZAL Miles” loyallıq proqramı
haqqında daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz:
https://www.azal.az/az/azal-miles/terms-and-conditions.