...

Bu şəxslərin könüllü tibbi sterilizasiya etdirməsinə icazə verilə bilər

Cəmiyyət Materials 6 Mart 2023 12:26 (UTC +04:00)
Bu şəxslərin könüllü tibbi sterilizasiya etdirməsinə icazə verilə bilər
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tibbi sterilizasiya barədə 16-cı maddəyə əsasən, yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər arzuolunmaz hamiləliyin qarşısını almaq məqsədilə cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə bilərlər.

Trend-in məlumatına görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclasında “Reproduktiv sağlamlıq haqqında” Model Qanun layihəsi ilə bağlı təqdimat zamanı deyib.

"Reproduktiv sağlamlığın qorunması sahəsində informasiyanın əldə olunması və məxfiliyin qorunması sahəsində vəziyyət elə də arzuolunan halda deyil. Təqdim olunan model qanun layihəsi olduqca aktual bir sahəni ehtiva edir. Belə ki, nəsil artırmaq, təhlükəsiz cinsi həyat yaşamaq, sağlam uşaqlar dünyaya gətirmək, valideyn olmaq istəyi və ehtiyacı insanın şüurlu varlıq olaraq təbiətindən irəli gəlir, həyatının əsas qayəsini təşkil edir. Müasir dövrdə isə ekoloji faktorlar, müxtəlif xəstəliklərin geniş yayılması, bu sahədə tibbi yardım sisteminin müasir tələblər səviyyəsində olmaması, eləcə də kadr potensialının, yeni texnologiyaların tətbiq imkanlarının məhdudluğu kimi müxtəlif obyektiv və subyektiv səbəblərdən reproduktiv sağlamlığın qorunması sahəsində problemlər qalmaqdadır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti