Bakı. Trend:
Əhaliyə içməli su maya dəyərindən aşağı satılır.
Trend-in məlumatına görə, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, tariflər normal olsa, "Azərsu" ASC daha rentabelli fəaliyyət göstərə bilər.
"Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik", - sədr müavini qeyd edib.