...

İqtisadi Elmi Tədqiqat İnstitutu Qarabağ müharibəsi iştirakçılarının işlə təmin olunmasından danışıb

Cəmiyyət Materials 4 Aprel 2023 12:44 (UTC +04:00)
İqtisadi Elmi Tədqiqat İnstitutu Qarabağ müharibəsi iştirakçılarının işlə təmin  olunmasından danışıb

Trend-i buradan izləyin

Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ müharibəsi iştirakçılarının və onların ailə üzvlərinin işlə təmin olunmasına köməklik məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyindəki İqtisadi Elmi Tədqiqat İnstitutu tərəfindən 22 namizədlə müsahibə aparılıb.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə institutun idarəetmə heyətinin sədri Mahir Hümbətov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu namizədlərdən Faiq Qasımlı, Pərvin İdrisli və Kərim Hacıyev müvafiq işlə təmin olunublar", - o deyib.

Qeyd edək ki, İqtisadi Elmi Tədqiqat İnstitutu ölkədə iqtisadi və əlaqəli digər sahələrdə tədbirlərin işlənib hazırlanmasını və təminatını həyata keçirən, bu məqsədlə fundamental və tətbiqi elmi tədqiqatlar, eksperimental araşdırmalar aparan, iqtisadiyyatın, onun ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi və dayanıqlılığının təmin olunması üzrə tədqiqat bazası yaradan, analitik məlumat bazasının və informasiya sistemlərinin yaradılması, proqram və layihələrin hazırlanması, müvafiq sahədə monitorinq və qiymətləndirmələrin aparılması, strateji planlaşdırılma və innovativ inkişafın təmin edilməsi istiqamətlərində fəaliyyət göstərən, habelə yüksəkixtisaslı elmi kadrlar hazırlayan və insan kapitalının inkişaf etdirilməsində iştirak edən beyin mərkəzidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti